Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Tarix: 7 Iyun 2021 18:36

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə qırğız xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

İlk növbədə, qardaş Azərbaycan xalqının sosial-iqtisadi və elmi-texniki inkişafda mühüm nailiyyətlərini, dünya arenasında layiqli imicini, regional və beynəlxalq məsələlərdə mühüm konstruktiv rolunu qeyd etmək istərdim.

Biz Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk, birgə fəaliyyətimizin daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə ümid bəsləyirik.

Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığın indiki dinamikası müxtəlif sahələrdə Qırğızıstan-Azərbaycan münasibətlərinin daha tam üzə çıxmasına kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və sülh arzu edirəm. Ümidvaram ki, əməkdaşlığımız davam edəcək".

Milli.Az


Etiketlər:  Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ