Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 16:40
Bakı. Orxan Nəbiyev - Trend:
İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend-in məlumatına görə, “Neftçi” üçüncü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubunu keçəcəyi təqdirdə “Malmö” (isveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş səfərdə baş tutacaq.
Eyni zamanda, “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu təqdirdə ağdamlıların rəqibi “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi olacaq. İlk görüş səfərdə baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk görüşləri 22 avqust, cavab görüşləri 29 avqust tarixlərində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin