Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

38 yaşlı kişi ilə nişanlandırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA - FOTO - YENİLƏNİB

38 yaşlı kişi ilə nişanlandırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA - FOTO - YENİLƏNİB

Tarix: 8 Iyun 2021 11:52

11:52

"Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq".

Milli.Az bildirir ki, bu sözləri Masallı rayon Bədəlan kəndinin sakini olan 14 yaşlı qızın nişanlandırılması ilə bağlı yayılan iddialar barədə Yeniavaz.com-a açıqlama verən sözügedən kəndin icra nümayəndəsi Hacırza Nağıyev deyib. O bildirib ki, ana qarşı tərəfə rədd cavabı verib və övladını oxudacağını deyib: "Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq. İcra hakimiyyətindən nümayəndələr, polis əməkdaşları və məktəbin direktoru ilə birlikdə gedib qızın özü və anası ilə söhbətləşdik. İzah etdik ki, bu qeyri-qanuni addımdır. Bildirdik ki, söz kəsilməsi də məktəbli uşaq üçün həmyaşıdları arasında problemlərə səbəb ola bilər. Onlar da bizimlə razılaşdılar. Məsələni aktlaşdırdıq. Ana da bildirdi ki, başa düşməyib və qarşı tərəfə rədd cavabı verib. O övladını oxudacağını bildirdi. Qızın atası dünyasını dəyişib".

-------

10:39

"Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində mayın 5-də 14 yaşlı qızla 38 yaşında kişinin nişan mərasimi keçirilib".

Milli.Az bildirir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

"14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur".

O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

"Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq".

Milli.Az


Etiketlər:  38 yaşlı kişi ilə nişanlandırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA FOTO YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ