Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Türkiyənin daha bir möhtəşəm silahını alır

Ukrayna Türkiyənin daha bir möhtəşəm silahını alır

Tarix: 8 Iyun 2021 11:24

Döyüş PUA-larından sonra Ukrayna ordusu Türkiyədən "Aselsan" şirkətinin istehsal etdiyi və NATO standartlarına tamamilə cavab verən "Korkut" hava hücumundan müdafiə sistemləri də ala bilər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Difens Ekspress" nəşri yazıb.

"Aselsan" Ukrayna Silahlı Qüvvələrinə bütün operativ və taktiki tələblərə cavab verən və sınaqdan keçirilmiş hava hücumundan müdafiə sistemlərini təklif edir. "Korkut" sistemlərinin alınması ilə bağlı danışıqlar gələn həftə Kiyevdə keçiriləcək "Silah və təhlükəsizlik" sərgisində keçiriləcək", - nəşr yazıb.

Nəşrin yazdığına görə, hava hücumundan müdafiə məsələsi Ukrayna üçün hədsiz vacibdir və gec-tez həll olunmalıdır.


Etiketlər:  Ukrayna Türkiyənin daha möhtəşəm silahını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ