Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mustafa Cecəlini Bakıya dəvət edən restoran sahibi CƏRİMƏLƏNDİ - MƏBLƏĞ

Mustafa Cecəlini Bakıya dəvət edən restoran sahibi CƏRİMƏLƏNDİ - MƏBLƏĞ

Tarix: 8 Iyun 2021 12:18

Tanınmış türk müğənnisini Bakıya dəvət edən restoran sahibi cərimələnib.

Sonxeber.net xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən "İstanbul Meyhane Bilgah" restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub. Konsertdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalar kobud surətdə pozulduğuna görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb.

Obyektin sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.

Həmçinin B.Abdullazadəyə gələcəkdə analoji halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib. 

Xatırladaq ki, "İstanbul Meyhane Bilgah" restoranında müğənni Nuri Sərinləndirici, Jane Şirokihli və məşhur türkiyəli müğənni Mustafa Cecəlinin konserti keçirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən belə məlum olub ki, konsertdə karantin qaydaları kobud şəkildə pozulub.


Etiketlər:  Mustafa Cecəlini Bakıya dəvət edən restoran sahibi CƏRİMƏLƏNDİ MƏBLƏĞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ