Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 14:45
"Məşhur, sayılıb-seçilən müğənni mənə sevgisini etiraf edib və qarşılıq gözləyib".
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, bunu meyxanaçı Aqşin Fateh deyib.
"Onunla münasibətə girə, oynaya, müəyyən bir dövrü keçirə bilərdim, cavan idim. Özü də sayılıb-seçilən müğənnilərdən biri olub. Amma ona tam səmimi dedim ki, incimə, şəxsiyyət olaraq sənə böyük hörmətim var, dostulumuz öz yerində, lakin müğənnilərlə ailə qurmaq istəmirəm", - sənətçi bildirib.
O həmçinin qeyd edib ki, bu gün də həmin şəxslə dostluq münasibətləri var, lakin müğənninin adını dilə gətirməyib.