Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni “Windows” sisteminin adı açıqlanıb

Yeni “Windows” sisteminin adı açıqlanıb

Tarix: 8 Iyun 2021 16:24

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sistemini buraxmağa hazırdır. Bu barədə məşhur bloger Evan Blassın “Twitter” səhifəsində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, blogerin sözlərinə görə, “Microsoft” korporasiyasının növbəti əməliyyat sistemi “Windows 11” adlanacaq. Sistemin istənilən yenilənməsi bu şəkildə adlandırılsa da, bloger qeyd edib ki, “Windows 11” sistemin böyük yeniləməsinin şərti deyil, dəqiq adıdır. Beləliklə, E.Blas yeni nəsil əməliyyat sisteminin buraxılışını təsdiqləyib. “Microsoft” əməliyyat sisteminin nömrəli versiyasına yeni dizaynlı interfeysi özündə birləşdirən “Sun Valley” adlı böyük yeniləmənin daxil olacağı gözlənilir. E.Blassın paylaşımına şərhlər yazan istifadəçilər vurğulayıb ki, bir müddət əvvəl “Microsoft” rəhbəri Satya Nadella “Windows 10”un şirkətin sonuncu nömrəli əməliyyat sistemi olacağını deyib.

 

“Microsoft” yeni nəsil “Windows” sisteminin buraxılacağını mayın sonunda açıqlayıb. Onun təqdimatı iyunun 24-nə planlaşdırılır.

 

Nizam Nuriyev




Etiketlər:  Yeni Windows sisteminin adı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ