Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 17:10
Çempionlar Liqasında 2021/2022 mövsümünün ilk püşkü atılıb.
Sonxeber.net apasport-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən, turnirin ilkin mərhələsində yarımfinal cütləri bəlli olub.
"Folqore" (San-Marino) - "Priştina" (Kosova)
"HB Torshavn" (Farer adaları) - "İnter Eskaldes" (Andorra)
Qeyd edək ki, yarımfinal matçları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında oynanılacaq görüşlər bir oyundan ibarət olacaq.
Finalda qalib olan komanda Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Digər 3 komanda isı mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək.