Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hələ bu qədər selik görməmişdim'': görənlər şoka düşür - VİDEO

''Hələ bu qədər selik görməmişdim'': görənlər şoka düşür - VİDEO

Tarix: 9 Iyun 2021 13:04

Artıq bir neçə aydır ki, Mərmərə dənizinin bəzi yerləri selikli təbəqə ilə örtülüb. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalsalar da, hələ ki bir nəticəyə gəlinməyib. Türkiyənin Bursa şəhərinin sakini Alper Altay qayıqdan çəkdiyi görüntülərlə fəlakətin miqyasını göstərib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Onun sözlərinə görə, əvvəlcə gəmilərin yan aldığı körpünün üstünü beton təbəqənin örtdüyünü düşünüb.

"Yaxınlaşdıqda xəfif bir hərəkətlənmə gördüm. Təəccübləndim. Seliyin bu dərəcədə ola biləcəyini düşünməmişdim", - deyə o, bildirib.

O, bir qapyığın üstünə çıxaraq ayağı ilə seliyi yoxladığını bildirib.

"Süngər, hətta daha qalın bir təbəqə kimi idi. Aralananda pis yosun qoxusu gəlirdi... Ehtimal ki, dənizin altına çox böyük zərər verib", - deyə bildirən gənc insanlığın təbiətə verdiyi zərərdən təəssüfünü bildirib.


Etiketlər:  Hələ qədər selik görməmişdim görənlər şoka düşür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ