Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada ''British Airways'' və ''Ryanair'' kompaniyalarına qarşı təhqiqat başlayıb

Britaniyada ''British Airways'' və ''Ryanair'' kompaniyalarına qarşı təhqiqat başlayıb

Tarix: 9 Iyun 2021 22:02

Böyük Britaniyanın Rəqabət və Bazarlar üzrə İdarəsi (CMA) istehlakçıların hüquqlarının müdafiəsi barədə qanunların mümkün pozulması ilə bağlı "British Airways" və "Ryanair" aviakompaniyalarına qarşı təhqiqata başlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin iyunun 9-da dərc olunan bəyanatında bildirilir.

"British Airways" və "Ryanair" aviakompaniyaları karantin dövründə uçuşları ləğv edilən insanların pullarını qaytarmaqdan imtina edib. Bunun əvəzində "British Airways" istehlakçılara kupon və ya yenidən bronetmə, "Ryanair" isə yalnız yenidən bronetmə təklifi edib", - deyə məlumatda vurğulanır.

Tənzimləyici bildirib ki, hər iki şirkət insanlara pullarını qaytarmağı təklif etməməklə istehlakçı hüquqları sahəsində qanunları pozub və onları haqsız olaraq dolanışıq imkanından məhrum edib. Hazırda yaranan problemləri həll etmək üçün həmin kompaniyalarla iş aparılır.

CMA, həmçinin aviadaşıyıcılardan uçuşlarını həyata keçirə bilməyən müştərilərin pullarını geri qaytarmağı və ya dəymiş zərərə görə təzminat ödəmələrini tələb etmək niyyətindədir.


Etiketlər:  Britaniyada British Airways Ryanair kompaniyalarına qarşı təhqiqat başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ