Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb

Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb

Tarix: 5 Avqust 2019 20:06

Bakı. Trend:

Bu gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Səngəçal stansiyasında birinci yola daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərkən, qəfil qatarın qabağına çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılmış, ilkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmışdır.

Aldığımız ilkin məlumata görə, hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb


RƏYLƏR