Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 10:56
Ermənilər və Kandelaki vaxtilə Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan idman şərhçisi Nobel Arustamyan Avro-2020 yarışmasına akkreditasiya almasını böyük diplomatik qələbə kimi qələmə verməyə çalışır. Teleqram kanallarda az qala bunu böyük bir qalibiyyət kimi qələmə verməyə çalılşırlar.
Lakin Sonxeber.net etibarlı mənbədən əldə olunan bir xəbərlə məsələyə aydınlıq gətirib. Arustamyan Bakıda keçiriləcək yarışmaya akkreditasiya ala bilməyib. Beləliklə də, Azərbaycana gəlmək arzusu onun ürəyində qalıb. Azərbaycan qanunlarını pozan biri ölkəyə buraxıla bilməz.
Kamran Seyidov