Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 21:20
İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero Turin klubunun hücumçusu Kriştiano Ronaldonun hazırkı performansından danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, keçmiş hücumçu "Football Italia"ya açıqlamasında portuqaliyalı futbolçunun əvvəlki kimi çıxış etmədiyini bildirib:
"Düşünürəm ki, Ronaldo karyerasının elə bir mərhələsinə qədər qoyub ki, 5-10 il bundan əvvəl etdiklərini indi bacarmaz. Ancaq hələ də yüksək potensialı var. Buna uyğunlaşmalıdır.
Ronaldo baş məşqçisi Alleqri ilə danışmalı və yola birlikdə davam edib-etməyəcəklərinə qərar verilməlidir".