Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 13:52
Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 18 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ary news" yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat verib.
Hadisə Bəlucistan vilayətinin şərq hissəsindəki Balok qəsəbəsi ərazisində baş verib. Xuzdar-Larkan marşrutu ilə hərəkət edən sərnişin avtobusunun həddindən artıq sürət yığması nəqliyyat vasitəsinin idarəetməni itirərək aşmasına səbəb olub.
Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerində xilasedicilər işləyir.
Xatırladaq ki, mayın 7-si Pakistanın Sind əyalətinin Qotka şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində 62 nəfər həlak olmuş, 100-dən çox sərnişin yaralanmışdı.