Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Tarix: 11 Iyun 2021 13:58

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Şəki şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub. Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az


Etiketlər:  Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu vəziyyəti ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ