Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 08:14
İngiltərədə yeni koronavirus xəstələrinin böyük əksəriyyəti "delta variantı" olaraq bilinən "Hindistan ştammı"na yoluxub.
Bu barədə "The Telegraph" Böyük Brityaniya Səhiyyə Nazirliyinin rəhbəri Mett Henkoka istinadən xəbər verib.
Nazirin sözlərinə görə, xəstələrin 91 faizində koronovirusun yeni növü müəyyən olunub.
Bildirilir ki, COVID-19-a yoluxmalar İngiltərənin bütün bölgələrində, xüsusilə də ölkənin şimal-qərbində kəskin şəkildə artıb. Bununla belə, xəstəxanaya yerləşdirmə sayı ümumilikdə azdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluqe isə "delta" mutasiyasının Avropada yayıldığı barədə xəbərdarlıq edib.