Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 09:35
Ötən gün "Həmin Zaur" proqramında Manaf Ağayevin lüks avtomobili müzakirə olunub.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, M.Ağayev bir vaxt Zaur Kamala sürücüsü olmasını təklif etdiyini söyləyib:
"İşdən çıxmışdın, sənə zəng etdim ki, gəl, mənim sürücüm ol. Səni ac qoymaq istəmirdim. Söylədim ki gəl, sürücülük et. İrəli gedərdin, hörmət edərdim".
Bu zaman aparıcı maşının çox bahalı olduğunu iddia edib. O, həmin avtomobilin çox adamda olduğunu söyləyib. Verilişin digər qonağı Cavanşir
Məmmədov isə mövzu haqda bunları deyib:
"Maybach" markalı avtomobildir. Amma qiymətini demək ayıbdır. Ümumiyyətlə, mən sənət adamlarının imkanı olanda fəxr edirəm".