Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “Windows” versiyasının təqdimat tarixi məlum olub

Yeni “Windows” versiyasının təqdimat tarixi məlum olub

Tarix: 12 Iyun 2021 20:16

"Microsoft" şirkəti "Windows" əməliyyat sisteminin yeni versiyasını iyunun 24-də təqdim edəcək. Bu barədə şirkətin məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni proqram təminatına tərtibatçılar üçün yeni imkanlar və istifadəçilərin daha sadə işləməsi üsulları daxil olacaq.

Məlumata görə, yeni "Windows" versiyasının təqdimatında, həmçinin "Sun Valley" kod adlı istifadəçi interfeysində dəyişikliklər haqqında məlumat veriləcək.

Yeni proqram təminatı "Windows" insayderləri tərəfindən test edildikdən sonra geniş ictimaiyyətin ixtiyarına veriləcək.

Bir müddət əvvəl "Microsoft" korporasiyası "Internet Explorer" brauzerinin dəstəyindən imtina edərək "Edge" brauzerinə keçəcəyini bəyan edib. Yeniliyin 15 aprel 2022-ci ildə tətbiqi planlaşdırılır.


Etiketlər:  Yeni Windows versiyasının təqdimat tarixi məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ