Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem''dən gözlənilməz məğlubiyyət

''Tottenhem''dən gözlənilməz məğlubiyyət

Tarix: 27 Aprel 2019 17:40

"Tottenhem" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Maurisio Poçettinonun komandası 36-cı turda "Vest Hem"i qəbul edib və 0:1 hesabı ilə uduzub.

"Tottenhem" - "Vest Hem"- 0:1
Qol
: Antonio, 67

Bu məğlubiyyətlə "Tottenhem" 70 xalla 3-cü pillədə qalıb, "Vest Hem" isə 46 xalla 11-ci pillədə qərarlaşıb. "Çelsi" bu turda "Mançester Yunayted"ə qalib gəlsə, "Tottenhem"lə xalları bərabərləşdirəcək.

Qeyd edək ki, turnir cədvəlinə 91 xalla "Liverpul" başçılıq edir. Bir oyun az keçirən "Mançester Siti" 89 xalla 2-cidir.

 


Etiketlər:  Tottenhemdən gözlənilməz məğlubiyyət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR