Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 21:24
Bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutub.
Ermənistan tərəfi Azərbaycana Ağdam rayonunun bütün mina xəritələrini təqdim edib. Bunun əvəzində Bakı İrəvana 15 erməni hərbçisini qaytarıb. İstintaq orqanlarının araşdırmasına görə, bu hərbçilər Azərbaycan vətəndaşlarının öldürülməsində və digər ağır cinayətlərdə iştirak etməyiblər. Erməni tərəfi isə 100 minə yaxın tank və piyada əleyhinə minanın yerini göstərən xəritələri təqdim edib.
Sonxeber.net Ermənistan mediasına istinadən bu gün İrəvana təhvil verilən 15 erməninin siyahısı:
1. Stepanyan Artur (Armavir)
2. Elidekyan Qeqam (Artaşat)
3. Sedrakyan Aleksandr (Armavir)
4. Qasparyan Erik (İrəvan)
5. Babayan Saşa (Masis)
6. Andreasyan Artak (Eçmiadzin)
7. Xaçatryan Erik (Masis)
8. Sirunyan Narek (Kaxçi, Razdan vilayəti)
9. Petrosyan Sasun (Xankəndi)
10. Sarqsyan Vrayr (Kotayk)
11. Budoyan Armen (Geqarkunik)
12. Ovannisyan Boris (Alaverdi)
13. Abqaryan Artur (Armavir)