Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Huawei” sistemli ilk smartfon nümayiş olunub

“Huawei” sistemli ilk smartfon nümayiş olunub

Tarix: 12 Iyun 2021 22:16

"Huawei P50" Çin brendinin "HarmonyOS 2.0" əməliyyat sistemi ilə təchiz edilən ilk smartfonu olacaq. Bu barədə "GSM Arena" nəşrinin şirkətin materiallarına istinadən məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, keçirilmiş tədbirdə "Huawei" nümayəndələri tərəfindən qabaqcıl "P50" smartfonunun fotoşəkilləri və videoçarxı nümayiş etdirilib. Anonsa görə, əsas kamera arxa paneldə iki dairəvi blokdan ibarət olacaq: onların birinə üç obyektiv, digərinə obyektiv və işıqlandırıcı quraşdırılacaq. Şirkət rəhbərliyi qeyd edib ki, aparıcı "Sony IMX800" sensoruna malik kamera tərəfdaş "Leica" ilə birlikdə hazırlanıb.

Həmçinin vurğulanır ki, "Huawei P50" şirkətin yeni "HarmonyOS 2.0" əməliyyat sistemi ilə təchiz edilən ilk smartfonu olacaq. Çin korporasiyası tərəfindən qurğunun nə vaxt buraxılacağı barədə məlumat verilmir.

Bundan başqa, "Huawei" öz qurğularının yeni əməliyyat sisteminə kütləvi keçirilməsini açıqlayıb. Məlumata görə, iyunun 2-dən etibarən "Huawei Mate 40", "P40", "Mate 30 Pro", "MatePad" və digər qurğuların istifadəçiləri "HarmonyOS 2.0" sistemini öz aparatlarına quraşdıra biləcəklər. İlin üçünçü rübündə korporasiya "Mate 20", "Nova 7", "Nova 8", "Nova 6" seriyalı smartfonların və digər qurğuların sahiblərinə yeni əməliyyat sistemindən yararlanmaq üçün imkan yaratmaq niyyətindədir. "Huawei" ümumilikdə 100-ə yaxın aparatı "HarmonyOS 2.0" sisteminə keçirməyi planlaşdırır. Əməliyyat sistemi ilə əvvəlcə yalnız Çin bazarı üçün buraxılan telefonlar təchiz ediləcək.

Qeyd edək ki, "HarmonyOS" "Huawei" şirkətinin "Android" sisteminə alternativ kimi təqdim edilən əməliyyat sistemləri ailəsidir.


Etiketlər:  Huawei sistemli smartfon nümayiş olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ