Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eriksen ölümdən necə qurtuldu? - Həkim danışdı

Eriksen ölümdən necə qurtuldu? - Həkim danışdı

Tarix: 13 Iyun 2021 19:08

Danimarka millisinin həkimi Morten Boesen yığmanın ötən gün Avro-2020-nin final mərhələsinin 1-ci turunda Finlandiya ilə matçda (0:1) huşunu itirən Kristian Eriksenə müdaxiləsi ilə bağlı danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həkim deyib:

"Kristian yerə yıxılanda bizi meydançaya çağırdılar. Biz onun yanına gedəndə nəfəs alırdı. Nəbzini hiss edirdik, amma çox pisləşirdi. Onu ürək masajı ilə geri qaytardıq. Xoşbəxtlikdən Eriksen həyatını davam etdirdi. Mən xəstəxanaya getməzdən əvvəl onunla danışdım".

Qeyd edək ki, Danimarka Futbol Federasiyasından yayılan açıqlamada Eriksenin hazırkı vəziyyətinin yaxşı olduğu bildirilib.

Milli.Az


Etiketlər:  Eriksen ölümdən necə qurtuldu Həkim danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ