Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır

Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır

Tarix: 13 Iyun 2021 21:00

Ermənistanda daha bir seçki qalmaqalı yaşanır.

Bü gün ölkənin keçmiş prezidenti Serj Sarqsyanın blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb. Bu vəsaitin seçici səsləri müqabilində kəndlilərə rüşvət qismində paylanması nəzərdə tutulub.

Faktla bağlı cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb.


Etiketlər:  Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır


RƏYLƏR