Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərdoğan Şuşada olan gün...'' - ilin ən ZAVALLI ERMƏNİ BƏYANATI

''Ərdoğan Şuşada olan gün...'' - ilin ən  ZAVALLI ERMƏNİ BƏYANATI

Tarix: 14 Iyun 2021 13:06

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etdiyi gün Ermənistanın bütün prezidentləri Xankəndində olmalıdır".

Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, Ermənistan prezidentinin müşaviri Tevan Poqosüyan belə təkliflə çıxış edib.

O, Ermənistanın sabiq prezidentləri ilə indiki dövlət başçısının sabah Xankəndidə olmalarını istəyib.

"Ərdoğan Şuşaya gedəcək. Bir anlıq təsəvvür edin ki, Ermənistanın bütün prezidentləri Xankəndiyə yığışırlar. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan və Armen Sarkisyan sabah Xankəndində olmalı, bütün dünya ermənilərinə xitab edərək bizi vahid siyasi millət olmağa çağırmalıdırlar. Hə, yenə deyəcəklər romantikadı. Amma kimsə bizə təhlükəsizliyi hədiyyə edən deyil. Məqsəd olarsa, o məqsədi gerçəkləşdirəcək adamlar da olacaq. Heç nə etmədən otursaq, təhlükəsizliyi əldə etməyəcəyik", - Tevan Poqosyan Facebook səhifəsində yazıb.

T.Poqosyanın bu açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb.

Maraqlıdır ki, həm sabiq prezident R.Köçəryanın, həm də Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları sözügedən "arzu"nu "ilin ən zavallı erməni bəyanatı" kimi dəyərləndiriblər.


Etiketlər:  Ərdoğan Şuşada olan gün ilin ZAVALLI ERMƏNİ BƏYANATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ