Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya SWIFT-dən imtina edir

Rusiya SWIFT-dən imtina edir

Tarix: 15 Iyun 2021 05:04

Rusiya maliyyə orqanları SWIFT sistemindən çıxmaq da daxil olmaqla, radikal Qərb sanksiyalarına hazırlaşmağa davam edirlər, baxmayaraq ki, belə bir ssenarinin reallaşması ehtimalı azdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Dövlət Dumasında keçirilən dəyirmi masada Rusiya Mərkəzi Bankı sədrinin birinci birinci müavini Olqa Skoroboqatova məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın bank sistemi, SWIFT-in Çin analoqu (Çin Beynəlxalq Ödənişlər Sistemi, CIPS) ilə inteqrasiyaya texniki cəhətdən hazırdır.

Skoroboqatova, "İnteqrasiyanı artıq etmişik, sınaqdan keçirdik və işləyir", - deyib.

Milli.Az


Etiketlər:  Rusiya SWIFT dən imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ