Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qeyri-spesifik xoralı kolit

Qeyri-spesifik xoralı kolit

Tarix: 15 Iyun 2021 08:27

Qeyri-spesifik xoralı kolit yoğun bağırsağın iltihabi xəstəliyidir.Xəstəlik bağırsağın selikli qişasının xoralı-destruktiv dəyişiklikləri ilə xarakterizə olunur.
Xəstəlik gedişinə görə 3 cür olur:
* ildırım sürətli forma
* kəskin forma
* xronik forma
Hər bir forma özlüyündə residivləşən və fasiləsiz əlamətlərlə xəstəni narahat edə bilir.
Qeyri-spesifik xoralı kolit lokalizasiyasına görə distal,sol tərəfli və total ola bilir.Xəstəliyin aşağıdakı ağırlıq dərəcələri var:
* yüngül dərəcə
* orta ağır dərəcə
* ağır dərəcə
Xəstəliyin etiolojiyası məlum deyil.Patogenezində immun reaktivliyin dəyişiklikləri,allergik reaksiyalar,genetik faktorlar,sinir-psixi faktorlat əhəmiyyət kəsb edir.Qeyrı-spesifik xoralı kolit bağırsaqlada bir çox patolojiyaların əmələ gəlməsinə səbəb olur:
- bağırsağın neyrohumoral tənziminin pozulması
- disbakterioz
- bağırsaq divarı keçiriciliyinin zülal molekulları və bakterial antigenlər üçün artması
- bağırsaq divarının zədələnməsi
- autoantitellərin əmələ gəlməsi
- bağırsaq divarında immun komplekslərinin əmələ gəlməsi
- bağırsaq divarının immun və qeyri-immun iltihabı
Qeyri-spesifik xoralı kolit zamanı bağırsaq və bağırsaq divarında iltihab,hiperemiya,ödem,xoralaşmalar olur.Xoralar girdə və müxtəlif ölçülərdə olur.
Xəstə defekasiya aktının pozulmasından,hemoragiya və ağrıdan şikayər edir.Sonralar ürəkbulanma,qusma,zəiflik,qızdırma,anemiya və bədən çəkisinin azalması baş verir.Xəstəlik ağırlaşdıqda yoğun bağırsaqda total zədələnmə ciddi fəsadlara səbəb olur və əksər hallarda təcili cərrahi əməliyyat lazım gəlir.Qeyri-spesifik xoralı kolit əksər hallarda qanaxmalarla müşayət edilir.Xəstələrin çoxunda nəcsin tezləşməsi və qanlı selik ifrazı baş verir.Xoraların ağırlaşması baş verdikdə bağırsağın perforasiyası,toksiki dilatasiyası,polipozu,maliqnizasiyası əmələ gələ bilir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə dietadan,dərman terapiyasından,fitoterapiyadan ibarətdir.Lazım gələrsə xəstəyə cərrahi müdaxilə edilir.


Etiketlər:  Qeyri spesifik xoralı kolit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ