Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 16:18
Şəhidlər ölmür. Tez-tez işlətdiyimiz bu fikrin mənasını bəlkə də şəhid doğmaları, onların ailələri daha yaxşı dərk edir, öz həyatlarında hiss edirlər.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, demək olar, bütün şəhid ailələrində onlara aid xüsusi guşə, bəzən bütöv bir otaq ayrılıb. Ailə üzvləri hər gün o guşənin səliqəsinə fikir verir, oraya yeni eksponatlar, şəkillər əlavə edirlər. Övladalrının fotoları ilə danışanda bəzən səhvən "sağ olsun, yaxşı oğul idi" demələri də bəlkə elə "şəhidlər ölmür" fikrindən doğan təsdiqdir.
Bugünkü verilişimizdə daha iki ölməz qəhrəmanımız haqqında danışacağıq. Şəhidlərimiz - kapitan Ramil Babayev və əsgər Fərid Nəcəfov haqqında.