Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 19:18
Fındıq orqanizmə enerji verən, cinsi zəifliyi aradan qaldıran, orqanizmin müqavimətini artıran qida maddələrindən hesab edilir. Orqanizmin ümumi gücünü artırmaqla yanaşı, fındıq yaddaşı möhkəmləndirmək, diqqət dağınıqlığını aradan qaldırmaq və hüceyrələrin yenilənməsinə səbəb olan meyvələrdən hesab edilir.
Fındığın qabığı böyrəklərin, özü isə ürəyin dostu hesab edilir. Belə ki, fındıq qabığının dəmləməsindən böyrək xəstəliklərində geniş istifadə edilir. Gün ərzində bir ovuc fındıq yemək, kişiləri prostat vəzi xəstəliklərindən xilas etmək qabiliyyətinə malikdir. Fındıq zehni və fiziki yorğunluğu aradan qaldırır və ürək xəstəlikləri riskini azaldır. 100 qram fındığın tərkibində aşağıdakı vitamin və minerallar var:
protein 15,98 mq
yağ 60,51 mq
doymuş yağlar 4,75 mq
karbohidrat 16,83 mq
yağ turşuları 50,32 mq
su 4,45 mq
şəkər 3,58 mq
enerji 672 mq
maqnezium 40 mq
E vitamini 33,9 mq
riboflavin 0,1 mq.
piridoksin 0,3 mq.
selen 0,55 mq.