Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 20:36
Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskva Dövlət Yol Polisi İdarəsinin rəis müavini general-mayor Aleksandr Bıkov sözügedən qurumun rəisi vəzifəsinə təyin edilib.
Aleksandr Bıkov 1978-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, general-mayor Aleksandr Bıkov Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskva Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.O, 2019-cu ilin fevral ayından Moskva "QAİ"sində rəis müavini olub. Aleksandrın atası İqor Bıkov vaxtı ilə Bankə yerləşən hərbi hissədə zabit kimi qulluq edib. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən o zamanlar rus dilli Səməd Vurğun adına 2 saylı orta məktəbdə alıb. Sonradan hərbi hissə yerini dəyişdiyi üçün Aleksandr Bıkov valideynləri ilə birgə Rusiyaya qayıdıb. Onun iki ali təhsili var, hüquq elmləri namizədidir. Aleksandr Bıkov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən Səməd Vurğun adına 2 saylı orta rusdilli məktəbdə alıb. Sonradan Rusiyaya köçüb. Aleksandr Bıkovun 42 yaşı var.
Bıkov "İctimai asayişi qorumaqda üstünlüyə görə" medalı ilə təltif olunmuş, Rusiya Daxili İşlər Nazirliyinin fəxri işçisidir, silah mükafatına sahibdir./metbuat.az