Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kriştiano Ronaldodan tarixi qol

Kriştiano Ronaldodan tarixi qol

Tarix: 15 Iyun 2021 22:28

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin bu gün Macarıstanla keçirilən oyununda (3:0) daha bir rekorda imza atıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu rekordunu matçın 86-cı dəqiqəsində dəqiq yerinə yetirdiyi penalti ilə müəyyənləşdirib. Ronaldo oyunun 90+2-ci dəqiqəsində isə daha bir qol vurub.

Bununla da o, Avropa çempionatlarının final mərhələsində ən çox  qol vuran oyunçu olub. Buna qədər Fransa millisinin sabiq üzvü Mişel Platini ilə birlikdə (9 qol) 1-2-ci yerləri bölüşən Ronaldo hazırda 11 qolla mütləq rekordçudur.

Portuqaliyanın 3:0 hesablı qələbəsi Ronaldo üçün daha bir rekordla yadda qalıb. O, Avropa çempionatlarının final mərhələsində ən çox qalib gələn futbolçu adına yiyələnib. "Yuventus"un futbolçusunun aktivində 12 qələbə var.

Qeyd edək ki, Ronaldo bu görüşdə meydan çıxmaqla həmçinin, 5 Avropa çempionatının final mərhələsində (2004, 2008, 2012, 2016, 2020) iştirak edən yeganə oyunçu kimi tarixə düşüb.


Etiketlər:  Kriştiano Ronaldodan tarixi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ