Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İƏT ailəsinin fəal üzvüdür- ölkəmizlə bağlı 80-dən artıq qətnamə qəbul edib

Azərbaycan İƏT ailəsinin fəal üzvüdür-  ölkəmizlə bağlı 80-dən artıq qətnamə qəbul edib

Tarix: 16 Iyun 2021 17:10

Azərbaycanın sıx əməkdaşlıq etdiyi və haqq səsinin illər uzunu səsləndiyi beynəlxalq təşkilatlar içərisində İslam Əməkdaşlıq Təşkilatının özünəməxsus yeri olduğu bəllidir. Bu beynəlxalq təşkilatın tribunalarından illər uzunu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini sərt tənqid edilməklə yanaşı, müvafiq bəyanatlar və qətnamələr də qəbul edib. İƏT-in Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycanı birmənalı və ardıcıl dəstəyi göz önündədir. Ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 2-ci Zirvə toplantısında çıxışı da ölkəmizlə təşkilatla əməkdaşlığının pik həddə olmasından xəbər verir. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib. Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib.

2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlayıb. Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndirib. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir. Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.

COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olub.Ən əsası Azərbaycan 44 günlük müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib.

Kamran Seyidov


Etiketlər:  Azərbaycan İƏT ailəsinin fəal üzvüdür ölkəmizlə bağlı dən artıq qətnamə qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ