Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Borclulara əmlaklarını satmaq üçün 2 ay vaxt veriləcək

Borclulara əmlaklarını satmaq üçün 2 ay vaxt veriləcək

Tarix: 4 Iyul 2025 14:24

Milli Məclis "İcra haqqında" qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlakını borclu özü satmaq istədikdə, ona 2 ay müddət veriləcək.

Sonxeber.net xəbər verir ki, əgər borclu bu istəyi rəsmi şəkildə bildirdikdən sonra 7 iş günü ərzində icra məmuruna müraciət etsə, icra məmuru 1 gün ərzində qərar qəbul edir və borcluya əmlakını bazar dəyərinin 80%-indən az olmayan qiymətə satmaq üçün 2 ay vaxt verir.

Əmlak satıldıqda, pulu icra xidmətinin depozit hesabına köçürüləcək. Satış notarius vasitəsilə rəsmiləşdirilirsə, bu proses elektron sistemlər vasitəsilə izlənəcək.

Əgər borclu bu müddətdə əmlakı sata bilməzsə, əmlak elektron hərraca çıxarılacaq. Əgər hərracda da satılmazsa, əmlak təkrar 65% qiymətlə yenidən tələbkara təklif olunacaq.

Eyni zamanda, əgər tələbkar (yəni borclu ilə iş aparan şəxs və ya qurum) əmlakı almaq istəməzsə və ya cavab verməzsə, borcluya onu satmaq üçün yenidən 2 ay vaxt veriləcək.

Elektron hərraclar da yeni qaydalara uyğun aparılacaq. Əmlakın qiymətinə görə ilkin və təkrar hərraclarda minimum satış qiyməti 85% və 65% olaraq müəyyən edilir. Hərracın qalibi pulu ödəməzsə, növbəti yüksək qiymət təklif edən şəxsə hüquq verilir. Əgər heç kim əmlakı almazsa, hərrac nəticəsi ləğv edilir.

Layihədə, həmçinin icra prosesində toplanan pulların necə bölüşdürüləcəyi, icra ödənişlərinin necə tutulacağı və icraatın dayandırılması ilə bağlı qaydalar da aydınlaşdırılıb.

Bu dəyişikliklər borclulara müəyyən rahatlıq verir və icra proseslərini daha şəffaf və sürətli etməyi hədəfləyir.


Etiketlər:  Borclulara əmlaklarını satmaq üçün vaxt veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ