Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Prezidenti Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib

Tarix: 4 Iyul 2025 15:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb.

"Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur", - deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib.

O vurğulayıb: "Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını təbrik edirəm".


Etiketlər:  Türkiyə Prezidenti Şuşanın turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ