Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eriksen "Mançester Yunayted" ilə danışıqlar aparmağa hazırdır

Eriksen

Tarix: 7 Avqust 2019 03:44

Bakı. Trend:

İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Kristian Eriksen "Mançester Yunayted"ə mümkün keçidini şərh edib.

Trend-in "Sports.ru"ya isitnadən verdiyi məlumata görə, daha əvvəl danimarkalı futbolçu və onun ətrafındakılar "Mançester Yunayted" variantını dəyərləndirmirdilər, çünki Mançester təmsilçisi növbəti mövsüm Çempionlar Liqasında çıxış etməyəcək.

Bildirilir ki, "Real Madrid" K.Eriksenin tranferindən imtina etdikdən sonra futbolçu "Mançester Yunayted" variantını nəzərdən keçirməyə hazırdır və klubla danışıqlara açıqdır.

Qeyd edək ki, K.Eriksenin "Tottenhem" ilə müqaviləsinin müddəti növbəti yay bitir.


Etiketlər:  Eriksen Mançester Yunayted ilə danışıqlar aparmağa hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ