Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2021 17:39
Alimlərin yeni tədqiqatlarının nəticəsinə əsasən, gündə bal yemək adamın sağlamlığına əhəmiyyətli fayda verir.
Bütün dünyada bal ən faydalı məhsullardan biri sayılır. Çoxsaylı elmi araşdırmalar balın orqanizmə olan unikal müalicəvi və profilaktik təsirini dəfələrlə təsdiq edib.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, mütəxəssislərin yeni araşdırmalarının nəticəsinə görə, hər gün yalnız 1 qaşıq bal yeyən insan sağlamlığını xeyli yaxşılaşdıra bilər.
Belə ki, balın gündəlik istehlakı:
orqanizmi cavanlaşdırır
toksinlərdən təmizləyir
orqanizmdə iltihabı azaldır
xolesterinin səviyyəsini aşağı salır
damarları daxildən təmizləyir, onların elastikliyinin artırır
dərinin vəziyyətini yaxşılaşdırır
antiseptik təsir edir
immun sistemini möhkəmləndirir
insanı daha gümrah edir
stressi azaldır
yaddaşı yaxşılaşdırır.