Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 09:36
Ötən həftə ərzində (14-18 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 73,11 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,96 dollar və ya 2,7% çoxdur.
Sonxeber.net bildirir ki, həftə ərzində ən yüksək göstərici (III gün) - 76,52 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 74,53 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,07 dollar və ya 0,1% azalıb.