Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 15:06
Hindistanın Maharaştra əyalətində koronavirusun yeni növü aşkarlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Hindistan səhiyyə naziri Raceş Tope açıqlama verib. O qeyd edib ki, yeni növə "delta plus" adı verilib.
Yeni növə Maharaştra əyalətinin dörd bölgəsi - Sindxudurq, Ratnagiri, Palqar və Jalqaondada ümumilikdə 20 yoluxma faktı aşkarlanıb. Nümunələr mutasiya olunmuş virusun epidemioloji xüsusiyyətlərini öyrənmək üçün laboratoriyalara göndərilib.
"Genomika və İnteqrativ Biologiya İnstitutu (CSIR-IGIB) əyalətin bütün bölgələrindən toplanan nümunələr əsasında bir hesabat hazırlayıb. Hesabat bazar ertəsi günü keçiriləcək iclasda müzakirə ediləcək və nəticələr çıxarılacaq", - deyə Raceş Tope bildirib.