Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Babayev Türkiyəyə aparılır? - tələbəsi danışdı

Arif Babayev Türkiyəyə aparılır? - tələbəsi danışdı

Tarix: 21 Iyun 2021 19:12

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var.

Milli.Az xəbər verir ki, bu barədə yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib.

Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

"Arif Babayevin səhhəti yaxşıdır.3-4 gündən bir əaqə saxlayıb maraqlanıram. Hər şey normaldır sadəcə bir müddət sonra Türkiyəyə yollanacaq. Reabilitasiya üçün gedəcək, ciddi bir şey yoxdur".

Sənətçi A.Babayevin əməliyyat üçün Türkiyəyə aparılması bağlı yayılan xəbərləri təkzib edib:

"Bu barədə yayılan xəbərlər yanlışdır. Arif müəllim hazırda Bakıdadır, səhhəti də yaxşıdır. Bu barədə oğlu da təkzib verdi. Sadəcə müayinə üçün gedəcək".  

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

Milli.Az


Etiketlər:  Arif Babayev Türkiyəyə aparılır tələbəsi danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ