Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyorlar ortaq biznesə başlayır

Məşhur aktyorlar ortaq biznesə başlayır

Tarix: 22 Iyun 2021 04:16

Türkiyəli məşhur aktyorlar, iki yaxın dost Çağatay Ulusoy və Kıvanç Tatlıtuğ ortaq biznesə başlayırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar Tekirdağda bir biznesmenin "Şərab kəndi" yaratmaq üçün aldığı torpağın 10 ha ərazisini alıblar.

Məşhurlar burada öz şərablarını istehsal edəcəklər.

Onlar ilk bir neçə il özləri üçün üzüm yetişdirib şərab hazırlayacaqlar. Sonradan mütəxəssislərdən keçərli qiymət alarsa öz bağlarından istehsal etdikləri şərabları markalaşdıracaqlar.

Qeyd edək ki, məşhur simalardan Bred Bittin Fransada, Devid Bekhemin isə Kaliforniyada üzüm bağları var.

Milli.Az


Etiketlər:  Məşhur aktyorlar ortaq biznesə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ