Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha gözəl görünmək istəyən qadın burnunu və dodağını itirmə təhlükəsi ilə üzləşdi - FOTO

Daha gözəl görünmək istəyən qadın burnunu və dodağını itirmə təhlükəsi ilə üzləşdi - FOTO

Tarix: 22 Iyun 2021 08:48

Görünüşünü yaxşılaşdırmaq üçün kosmetoloqa müraciət edən qadın bu qərarının acı nəticələrini bölüşüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Liverpul sakini Liya Morton xüsusi bir dolğu vasitəsi ilə burun şəklini dəyişdirmə proseduru həyata keçirib. Ancaq sonra burnunda ağrı hiss edib və narahatlıq səbəbindən bütün gecəni yata bilməyib.

Səhəri qadın gözəllik salonuna yenidən müraciət etdikdə orada bunun normal reaksiya olduğuna əmin ediblər.

Ertəsi səhər isə Morton burnunda ağ suluq əmələ gəldiyini görüb və xəstəxanaya müraciət edib. Orada bunun toxuma nekrozunun başlanğıcı olduğu ortaya çıxıb.

Həkimlərin fikrincə, vurulan dolğu burunun içindəki qan damarının yolunu bağlayıb və bu da damarların tıxanmasına səbəb olub. Mütəxəssislər dolğu maddəsini əridiblər və hiperbarik oksigenləşmənin keçməsini təyin ediblər.

Morton bu hekayəsini paylaşmaqla qadınları qeyri-mütəxəssislərin yanına getməkdən çəkindirmək istədiyini bildirib.

"Az qala burnumu və üst dodağımı itirəcəkdim və hələ bilmirəm ki, bu müalicə dərimin təbii rəngini qaytaracaq, ya yox. Artıq altı həftədir ki, evən çıxmıram, halbuki hər zaman özümə əmin insan olmuşam. Kosmetoloji prosedurlar belə riskə dəyməz", - deyə qadın sözlərini yekunlaşdırıb.


Etiketlər:  Daha gözəl görünmək istəyən qadın burnunu dodağını itirmə təhlükəsi ilə üzləşdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ