Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 16:45
"Nə vaxt həyəcanlanırsan?".
Sonxeber.net xəbər verir ki, bu sualla Zaur Kamal verilişinin qonağı olan aktrisa Çimnaz Sultanovaya müraciət edib.
Cazibədar aktrisa canlı yayımda səmimi cavabı ilə hər kəsi təəccübləndirib:
"Hamam otağından çıxanda özüm-özümə güzgüdə baxanda elə həyəcanlanıram ki... Başqa şey denən".
Zaur aktrisanın sözünü yarıda kəsərək "Mən sizi bilirsiniz nə vəziyyətdə görmək istərdim?" deyib. Çimnaz aparıcıya fikrini tamamlamağa imkan verməyib: "Onu sonra, onu hammı görmək istəyir. Amma olmaz, efirdir".
Zaur "İndi deyirəm, mən sizi qrimsiz görmək istəyirəm" açıqlamasını edərək Çimnazın yanlış fikirdə olduğunu bildirib. Söz altında qalmağı sevməyən aktrisa aparıcıya "Mən də səni keçəl görmək istəyirəm. Mən səni nə vaxt keçəl görəcəmsə, sən də məni qrimsiz görərsən" cavabını verib.
Məhəmməd Vaqif