Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 09:52
Beynəlxalq Cüdo Federasiyası Tokio-2020 üçün son Olimpiya reytinqlərini dərc edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqdə yarışa qatılacaq Azərbaycan idmançılarının da siyahısı yer alıb.
Belə ki, ölkəmizi Yaponiyada 9 cüdoçu təmsil edəcək.
Bu Azərbaycan cüdo tarixində ilkdir. İndiyə qədər heç bir Olimpiadada 9 cüdoçumuz mübarizə aparmayıb.
Bunlardan 7-si kişi, 2-si qadın idmançıdır.
Bununla həm də Olimpiadaya lisenziya qazanan idmançılarımızın sayı 39-a yüksəlib.
Cüdoçuların siyahısı isə aşağıdakı kimidir:
Kişilər
Kəramət Hüseynov (60 kq)
Orxan Səfərov (66 kq)
Rüstəm Orucov (73 kq)
Murad Fətiyev (81 kq)
Məmmədəli Mehdiyev (90 kq)
Zelim Kotsoyev (100 kq)
Uşanqi Kakauri (+100 kq)
Qadınlar
Aişə Qurbanlı (48 kq)
İrina Kindzerska (+78 kq)