Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acunun boşadığı qadın: “Hamilə olduğum üçün tələsdik” - FOTO

Acunun boşadığı qadın: “Hamilə olduğum üçün tələsdik” - FOTO

Tarix: 23 Iyun 2021 10:50

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı "Instagram" hesabından hamilə olması ilə bağlı paylaşım edib və dərhal onu silib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o misirli sevgilisindən hamilə olduğunu, toyu təxirə saldıqlarını və hamiləliyin zövqünü yaşayacağını yazıb.

"Bu yaxınlarda hamilə olduğum barədə yayılan xəbərləri məmnuniyyətlə təsdiqləmək və hamilə olduğumu bildirmək istərdim. Düzü, evlənməyə tələsməyimizin səbəbi bu idi. İndi isə tələsməməyə qərar verdik. Bir-birimizə sevgi və hörmət bəsləyirik. Hələlik diqqətimizi hamiləliyimdən zövq almağa yönəltmişik. Bütün xoş arzularınız və dəstəyiniz üçün təşəkkürlər. Gələcək üçün həyəcanlıyam", - deyə Subaşı qeyd edib.

Qeyd edək ki, Subaşı hamilə olmadığını və evlilikdən əvvəl uşaq dünyaya gətirməyəcəyini demişdi.

Xatırladaq ki, Şeyma Subaşı türkiyəli aparıcı və media maqnatı Acun İlıcalının keçmiş həyat yoldaşı olub.


Etiketlər:  Acunun boşadığı qadın Hamilə olduğum üçün tələsdik FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ