Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Haqqınızı halal edin'' - Əri tərəfindən güllələnən qadın qanı ilə döşəməyə bu sözləri yazdı - FOTO

''Haqqınızı halal edin'' - Əri tərəfindən güllələnən qadın qanı ilə döşəməyə bu sözləri yazdı - FOTO

Tarix: 23 Iyun 2021 12:50

İstanbulda həyat yoldaşı tərəfindən ayrılmaq istədiyi üçün gülləbaran edilən Nurtaç Cananla bağlı yaşanan olay hər kəsi heyrətə salıb.

Sonxeber.net milliyyet-ə istinadən xəbər verir ki, 23 illik evliliyi dövründə Ragıp Cananın şiddətinə məruz qalan Nurtaç boşanmaq istərkən aralarında mübahisə yaranıb. Arvadına silahla atəş açan ər sonra hadisə yerindən qaçıb. Hərəkət edə bilməyən Nurtaç Canan yerə qanla "Valideynlərim, haqqınızı halal edin. Kədərlənməyin. Ragıp məni vurdu. Lakin sağ qaldım" yazıb. O gecə Nurtaç Canan "Məni evin künc otağına sürüklədi. Əlimdən tutdu. Nə olacağını anladım və ümidsiz şəkildə yalvardım - bu evdə etmə, xahiş edirəm məni öldürmə. Lakin mənə beş dəfə atəş açdı. Yerə yıxıldığımda hələ də atəş açırdı" deyib. Şübhəli Ragıp Canan barəsində "qəsdən öldürməyə cəhd" ittihamı ilə cinayət işi qaldırılıb.

Kamran Seyidov


Etiketlər:  Haqqınızı halal edin Əri tərəfindən güllələnən qadın qanı ilə döşəməyə sözləri yazdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ