Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 14:08
Rayon Mərkəzi Xəstəxanasından problemin həllinə söz verildi
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Ağcabədi rayon Şənlik kənd sakini İlqar İbrahimov anadangəlmə keratodermiya xəstəsidir.
Dəri xəstəliyi olan keratodermiya şəxsin ağrı çəkməsinə səbəb olur və yeriməsinə problem yaradır. Sözügedən xəstəliklə bağlı İlqar İbrahimova 2-ci qrup əlillik təyin olunub və o, illərlə pensiya alıb.
Ailəsi deyir ki, o, bütün həyatını həmin o pensiyaya ümid edərək qurub. 6 aydır pensiyası kəsilən əlil hazırda çətin vəziyyətə düşüb. Bu çətinliyi daha çox ailədə böyüyən 3 qız övladı və əlbəttə ki, həyat yoldaşı Sima xanım hiss edir. Elə İlqar İbrahimovun narazılığını da onun xanımı və atası bizə çatdırır.
Problemə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Yaşasın Haqverdiyev aydınlq gətirdi.
Biz də inanırıq ki, həkim dediyi kimi bu problem tezliklə öz həllini tapacaq. Elə onun doğurduğu digər problemlər də.