Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 14:32
Avropa çempionatına böyük ümidlərlə qatılsa da, xal qazanmadan mübarizəni dayandıran Türkiyə millisində növbəti qalmaqal yaşanır.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, turnirdə uğursuz çıxış edən komandaya mükafatın verilməsi gərginliyə səbəb olub.
"Hürriyət"in yazarı Mehmet Arslanın iddiasına görə, komandaya 75 milyon lirə (14 milyon 722 min 500 manat) mükafat paylanıb. Bu mükafat komandanın Avropa çempionatına vəsiqə qazanması üçün verilib. Yerli media isə həmin vəsaitin futbolun inkişafına sərf olunmasının daha məqsədəuyğun olduğunu yazıb.
Bundan başqa baş məşqçi Şenol Güneşin 1 milyon 850 min lirəlik (363 min 150 manat) maaşı 1 iyun tarixindən 2,3 milyon lirəyə (451 min 490 manat) yüksəlib ki, bu da ciddi narazılığa səbəb olub.