Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"APOEL üzərində qələbə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir" - Elxan Məmmədov

Tarix: 7 Avqust 2019 14:24

"APOEL üzərində qələbə “Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm, amma heç bir halda arxayınlaşmaq olmaz".

Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın Kiprdə APOEL-ə qalib gəldiyi (2:1) oyunu stadiondan canlı izləyən baş katib Ağdam klubunun cavab matçında da yaxşı nəticə qazanaraq növbəti mərhələyə yüksələcəyinə inandığını bildirib:

"Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır. Təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edirəm və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.
 


Etiketlər:  APOEL üzərində qələbə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir Elxan Məmmədov


RƏYLƏR