Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 22:36
AVRO-2020-nin 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, qrup üçüncülərindən rəqibi bilinən ilk komanda Çexiyadır.
D qrupunda 3-cü yeri tutan komanda 1/8 finalda Niderlandla görüşəcək. Bu matç iyunun 27-də Budapeştdə təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu cütün qalibi iyulun 3-də Bakı Olimpiya Stadionuna 1/4 finalda meydana çıxacaq. Niderland - Çexiya cütünün qalibi bir gün öncə meydana çıxacaq Uels - Danimarka matçında bəlli olacaq.
Qeyd edək ki, Niderland və Danimarka heç vaxt Bakıda millimizə rəqib olmayıb və ilk dəfə ölkəmizə gələ bilər.