Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Chrome OS” sistemli noutbukların satışı artıb

“Chrome OS” sistemli noutbukların satışı artıb

Tarix: 24 Iyun 2021 10:27

“Stock Apps” şirkəti bu ilin birinci rübünün yekunları üzrə “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünya portativ kompüterlər bazarının həcmini qiymətləndirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bu sistemli noutbuklara tələbat sürətlə artır: yanvar-martda qlobal miqyasda 12 milyon belə qurğu satılıb. Bu, satış həcminin 3,2 milyon ədədə bərabər olduğu 2020-ci ilin birinci rübü ilə müqayisədə 276 faiz və ya 4 dəfə çoxdur.

 

Müşahidə edilən vəziyyət davam edən pandemiya ilə izah olunur. Məktəbli və tələbələrin distant təhsilə keçirilməsi səbəbindən “Chrome OS” sistemli noutbukların ən uyğun olduğu təhsil sahəsi üçün noutbuklara tələbat kəskin artıb.

 

Dünya “Chrome OS” sistemli noutbuklar bazarının ən böyük oyunçusu “HP” şirkətidir: ötən rübdə şirkətin payı ədədi ifadədə 36,4 faiz təşkil edib. İkinci pillədə 25,9 faizlə “Lenovo”, üçüncüdə Acer (11,9 faiz) qərarlaşıb. Beləliklə, qeyd olunan şirkətlər birlikdə qlobal sahənin təxminən dörddəüç hissəsinə nəzarət edirlər.

 

Nizam Nuriyev




Etiketlər:  Chrome OS sistemli noutbukların satışı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ