Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avro-2020-yə vida edən ulduzlar - FOTOlar

Avro-2020-yə vida edən ulduzlar - FOTOlar

Tarix: 24 Iyun 2021 13:24

Avro-2020-nin qrup mərhələsinin başa çatması ilə 8 komanda üçün yarış bitdi. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu komandalar Türkiyə, Polşa, Macarıstan, Finlandiya, Rusiya, Şimali Makedoniya, Şotlandiya, Slovakiyadır. 

Bu komandaların heyətində yer alan ulduz futbolçular üçün də qitə birinciliyi başa çatdı. Azarkeşlərin oyunlarını maraqla gözlədiyi həmin futbolçuları sizə təqdim edirik:

Robert Levandovski - Polşa yığmasının ulduzundan "Bavariya"da keçirdiyi əla mövsümdən sonra Avro-2020-də də ondan uğurlu oyun gözlənilirdi. Düzdür, Leva İsveçlə matçda 2 qol vuraraq komandası üçün bərabərlik və ümid yaratdı. Lakin komandanın zəif çıxışı fonunda ulduz forvard da yarışa əlvida dedi. Endryu Robertson - "Liverpul"un və Şotlandiya millisinin 27 yaşlı ulduzu üçün də qitə çempionatı erkən başa çatdı. Milli komandasının qrupda qalması ilə o da vətəninə yollandı.

Marek Hamşik - Slovakiya yığmasının kapitanı artıq Türkiyənin "Trabzonspor" klubunda çıxış edəcək. O da komandası ilə növbəti mərhələyə adlaya bilmədi. Uzun illər "Napoli"nin şərəfini qorumuş yarımmüdafiəçi üçün də çempionat bitdi. 

Adam Salai - Macarıstan yığmasının ulduzu qitə yarışında cəmi 1 qolla yadda qaldı. Almaniya yığmasının qapısına vurduğu gözəl baş zərbəsi ilə komandasını önə çıxarsa da, sonradan bundestim bərabərliyi təmin etdi və macarlar qrupda qaldı. 

Milan Şkrinyar - Slovakiya millisinin və İtaliya "İnter"inin  ulduz müdafiəçisi üçün də Avro-2020 uğurlu olmadı. 

Voyçex Şensni - Polşanın uğursuz çıxışı fonunda "Yuventus"un ulduz qapıçısı da növbəti mərhələni görə bilmədi. 

Hakan Çalhanoğlu - Son günlərin ən çox gündəmdəki futbolçularından biri olan türkiyə millisinin ulduzu gözəl qolları ilə tanınsa da, Avropa çempionatında bunu bacarmadı. Ötən mövsümü "Milan"da keçirib artıq "İnter"lə müqavilə imzalayan yarımmüdafiəçi də "ay ulduzlar"ın gözlənilməz oyunu fonunda kölgədə qaldı. 

Burak Yılmaz - Ötən mövsüm "Lill"lə Fransa çempionu olan və şərəfinə Lill şəhərində heykəl ucaldılan forvarddan qardaş ölkə yığması çox şey gözləsə də, bu baş vermədi. Burak uğursuz çıxışlar etdi və azarkeşlər tərəfindən etirazla qarşılandı. 

Merih Demiral - "Yuventus"un türkiyəli ulduzu daha çox səhvləri ilə yadda qaldı. Avro-2020-nin İtaliya ilə açılış matçındakı avtoqolundan sonra Demiral daha çox səhvləri ilə gözə çarpırdı. Uelslə matçın ilk hissəsində psixoloji durumuna görə meydana çıxmayan müdafiəçinin oyununun gələcək karyerasına da mənfi təsir edəcəyi gözlənilir. 

Çağlar Söyüncü - "Lester Siti"nin əvəzolunmaz müdafiəçisi komandasının zəif çıxışı fonunda gözə görünmədi. Əslində komandanın buraxdığı qollarda Çağların da etdiyi səhvlər diqqət cəlb edirdi. 

Qoran Pandev - Şimali Makedoniya yığmasının qol ümidi olan 37 yaşlı futbolçu Avstriyaya vurduğu qolla azarkeşlərin rəğbətini qazandı. Lakin final mərhələsinə düşməyi belə uğur sayılan Şimali Makedoniya yığmasının ulduz futbolçusu üçün həm yığmadakı karyerası, həm də Avropa çempionatı başa çatdı. 


Etiketlər:  Avro 2020 vida edən ulduzlar FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ